Hazırda ölkəmizdə dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29 keçirilir. Bütün özəl vədövlət qurumları Bakı Olimpiya Stadionunda qonaqlarını qəbul edir.
Layihə çərçivəsində Mavi Zonada yerləşən Azərbaycan pavilyonun qonaqlarının çay təminatınıdoğma çay markası "Azerçay" həyata keçirir.
Doğma çay markamız ölkəmizdə qonaq olan şəxslərə hədiyyələr təqdim edərək ölkəmizin çaymədəniyyəti haqqında məlumat verir. Həmçinin Yaşıl zonada olan qonaqlar da "Azərsun" pavilyonuna yaxınlaşaraq "Azerçay"a qonaq ola bilərlər.
Azərbaycanın çay mədəniyyətinin qorunmasında və ölkəmizdə çayçılığın inkişafında müstəsnarolu olan “Azerçay” daim yerli və beynəlxalq layihələrə dəstək olur.
Qeyd edək ki, “Azerçay” ötən il Dubayda keçirilmiş COP28-də Azərbaycan Pavilyonunu ziyarətedən qonaqları da çayla təmin edib.