"Caspian Agro" Beynəlxalq Sərgisində biz qlobal Çin brendi olan XCMG-ni təmsil edirik. 2024-cü ildə biz təklif etdiyimiz maşınlar xəttini kompakt ölçüləri, manevr qabiliyyəti, yüksək gücü və istifadə universallığı ilə seçilən ön yükləyicilər kimi yeni kənd təsərrüfatı texnikası ilə genişləndirdik. Stenddə siz həmçinin daha kiçik dönmə radiuslu çalova malik ekskavator yükləyicilərini də görə bilərsiniz. Bu texnika işi sürətləndirəcək.
Bazarda aqrar texnikanı təmsil edən bir çox müxtəlif brendlər var. Amma maşınlarımız münasib qiymətləri ilə seçilir ki, bu da bizi rəqabətədavamlı edir. Biz həmçinin yüksək səviyyəli xidmət göstəririk. Böyük və üç boksdan ibarət servis mərkəzi Bakıda yerləşir. Burada 6 usta çalışır. Bundan əlavə, biz təlimlər keçiririk. Bizdən texnika alan hər kəs 20 gün ərzində onun haqqında hər şeyi öyrənmiş olacaq. Təlimin sonunda maşının sahibinə sertifikat verilir.
Yaxın vaxtlarda Azərbaycana elektrik enerjisi ilə çalışan kommunal texnika gətirməyi planlaşdırırıq. Məsələn, stenddə 2 saat şarj olunmaqla 14 saatdan artıq işləyən, 2-5 ton tutuma malik elektrik liftləri təqdim olunub.
Şadam ki, "Caspian Agro" sərgisinin ilk günündə 3 potensial alıcımız oldu. Sərgilərdə iştirak etdiyimiz müddət ərzində şirkət öz müştəri bazasını genişləndirib, imzalanan müqavilələrin sayını artırıb, marketinq, logistika və turizm sahələrində yeni əlaqələr qurmağa nail olub. Brend üçün həmçinin Türkiyə və Qazaxıstan bazarlarına da çıxmaq imkanı yaranıb.
İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi