Energetika və Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

Energetika və Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı kitabxanasında Energetika və elektrik mühəndisliyi kafedrasının təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə və 20 Oktyabr - Energetika Gününə həsr olunan "Müstəqil Azərbaycan" və "Gələcəyin elektrikləri" adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Əsaslı kitabxananın direktoru Kamil Məmişov Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəddən, “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul olunmasından, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin daxili və xarici siyasətindən söhbət açıb.

Daha sonra kafedranın müdiri Fəxrəddin Yusibov və kafedranın professoru Siyasət Məmmədov Azərbaycan respublikasının enerji potensialından istifadənin perspektivləri mövzularında lazımi məlumatları iştirakçılara çatdırıblar.

Kafedranın IV kurs tələbəsi Vidadi Abbasov iştirakçılara Mühəndis- elektrik bu günün, sabahın və gələcəyin ixtisasıdır mövzusunda məlumatlar verib.

Tədbirin sonunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ