FAO: Regionda kənd təsərrüfatı siyasəti dəyişir

FAO: Regionda kənd təsərrüfatı siyasəti dəyişir

Azərbaycanın daxil olduğu regionun kənd təsərrüfatı siyasətində əhəmiyyətli dəyişikliklər müşahidə edilir.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Dmitry Zvyagintsev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

"Əgər əvvəllər əsas diqqət ərzaq təhlükəsizliynəi, özünü təminetmə səviyyəsinin və məhsuldarlığın artırılmasına yönəlsə də, bu gün ölkələr aqrar-mühit və iqlimə uyğunlaşmaya, iqlim dəyişikliklərinin təsirinin azaldılmasını fokuslanıb, bunu öz siyasətlərinə daxil edirlər. Görülən tədbirlərə qida maddələrinin artıq istifadəsinin azaldılması, istixana qazı emissiyalarının azaldılması, bitki mühafizə vasitələrinin istifadəsinin məhdudlaşdırılması, biomüxtəlifliyin və növlərin qorunması, eləcə də heyvan rifahının artırılması daxildir", - deyə o qeyd edib.

FAO rəsmisi deyib ki, Azərbaycanda kənd yerlərində adambaşına düşən büdcəyə dəstək səviyyəsi regiondakı orta göstəriciyə nisbətən kifayət qədər yüksəkdir: "Əlbəttə, bəzi ölkələrdə bu göstəricilər daha da yüksəkdir".

Bundan başqa, onun sözlərinə görə, hazırda regionda yaşıllaşdırma istiqamətində əlavə alətlər müzakirə olunur: "Bunlar, heyvan mənşəli məhsullara daha yüksək ƏDV-nin tətbiqi, istixana qazı emissiyası yüksək olan məhsullara əlavə vergilər qoyulması, istehlakçılarıı məhsulların ekoloji cəhətdən daha uyğun olması barədə məlumatlandıran etiketləmə sistemlərinin yaradılması, fermerlərin yaşıl təcrübələri tətbiq etməsini subsidiya almaq üçün şərt kimi müəyyən edilməsi ola bilər. Məqsəd bazar stimullarını ekoloji hədəflərlə uzlaşdırmaqdır".