Gəncə şəhərində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə keçirilən hakatonda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzinin 3 startap komandası təmsil edib.
16 komandanın iştirak etdiyi hakatonda ADAU-nu təmsil edən Linnovo komandası I yer, Pracfix komandası II yerə və EcoGrow startapı isə ən yaxşı biznes nominasiyası üzrə qalib olub.
Qaliblər:
1-ci yer: Linnovo - 3000 AZN
2-ci yer: Pracfix - 1500 AZN
Biz bu parlaq zəkaların gələcəyin texnologiyasını formalaşdıracağına inanırıq və onların növbəti uğurlarını səbirsizliklə gözləyirik.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ