"Gəncliyini məsuliyyətli yaşa" layihəsinin açılış mərasimi keçirilib

"Gəncliyini məsuliyyətli yaşa" layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Gəncliyini məsuliyyətli yaşa" layihəsinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "İdeyanı Reallaşdır 2023" Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsində qalib olan layihənin açılış mərasimində ADAU-EGE beynəlxalq ikili diplom proqramının direktoru Lamiyə Quliyeva, Azərbaycan Texnologiya Universitetinin əməkdaşı Vüsal Bayramov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin koordinatoru Seymur Vəliyev və ADAU Aqrar Gənclər Təşkilatının təsisçisi Əli Məmmədov çıxışlarında gənclərin sosial və yumşaq bacarıqlarının təkmilləşdirilməsinin mühüm olduğunu və belə layihələrdə aktiv şəkildə iştirak etmələrinin gələcək karyeralarındakı vacibliyini qeyd ediblər.

Layihə çərçivəsində ilk təlim 25 gəncin iştirakı ilə açılış mərasimindən sonra Seymur Vəliyev tərəfindən "Komanda quruculuğu" mövzusunda keçirilib.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ