Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar Gənclər Təşkilatı və Yerquruluşu kafedrasının birgə təşkilatçılığı ilə “Golden Brush” adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə müxtəlif ixtisaslardan 6 nəfər həvəskar rəssam iştirak edib. İştirakçılar natürmort mövzusunu qara qələmlə işləyiblər.
Müsabiqə Komissiyasının qərarı ilə I yerə I kurs tələbəsi İlahə Əlişova, II yerə I kurs tələbəsi Ənvər Əhmədzadə, III yeri isə II kurs tələbəsi Leyla Məmmədova layiq görülüb.
Müsabiqə iştirakçıları sertifikatlarla təltif olunublar.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ