"Green Hackhaton 2024" yarışının infosessiyası keçirilib

"Green Hackhaton 2024" yarışının infosessiyası keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Green Hackathon 2024" infosessiyası təşkil olunub.

Hackathon Asiya İnkişaf Bankı, Asan Xidmət və İqtisadiyyat nazirliyinin tərəfdaşlığı və Completest MMC şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.

İnfosessiyada ADAU İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev, Bilişim Vadisi Bakının direktoru Qamət Kərimov və Completest MMC rəhbəri Aydan Rzazadə çıxış etdilər. Natiqlər çıxışlarında Hackathon haqqında məlumat verərək və tələbələrin suallarına cavablandırıblar.

Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə yanaşı Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri də iştirak edib.

Sonda qonaqlar Universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ