Gürcü nazir: “COP29 region üçün əhəmiyyətli hadisələrdən biri olub”

Gürcü nazir: “COP29 region üçün əhəmiyyətli hadisələrdən biri olub”

COP29 region üçün böyük əhəmiyyətli hadisələrdən biri olub.

"Report" xəbər verir ki, bunu Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili Bakıda keçirilən "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri çərçivəsində keçirilən "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı" konfransında deyib.

Onun sözlərinə görə, COP29 zamanı iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə vəsaitlərinin səfərbər olunması və bu vəsaitlərə çıxış imkanlarının artırılması mühüm əhəmiyyət kəsb edir: "COP29-da qəbul edilən qərarlar yeni investisiya imkanlarının və ticarət əlaqələrinin formalaşmasına şərait yaradır. Bu da ölkələr üçün əlavə imkanlar və yeni perspektivlər açır. Məhz bu iki əsas istiqamət – maliyyə resurslarının səfərbərliyi və yeni investisiya imkanlarının yaradılması COP29-un ən böyük uğurlarından biri olub. Azərbaycanın bu təşəbbüsü təkcə Azərbaycan üçün deyil, həmçinin region, o ümumilikdə dünya üçün əhəmiyyətli nəticələr verib".

Nazir sərgi ilə bağlı danışarkən qeyd edib ki, bu cür sərgilər özəl sektora öz məhsullarını təqdim etmək, yeni müqavilələr imzalamaq imkanı yaradır: "Nəticə etibarilə ölkələr arasında ikitərəfli ticarətin artmasına töhfə verir. Sonda isə bu, ölkələr arasında əməkdaşlığın daha da güclənməsi üçün əsas baza rolunu oynayır".