2023-cü il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12210,6 milyon manat təşkil edib ki, bunun da 6276,7 milyon manatı heyvandarlıq, 5933,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, kənd təsərrüfatının ümumi məhsulunun strukturu 2022-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb.
İstinad : APA.az