İkili diplom proqramı çərçivəsində təhsil alan IV kurs tələbələri İzmir şəhərindədirlər

İkili diplom proqramı çərçivəsində təhsil alan IV kurs tələbələri İzmir şəhərindədirlər

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan IV kurs tələbələri İzmir şəhərinə çatıblar.

Tələbələr Ege Universitetində bir tədris ili təhsil alaraq buradan məzun olub hər iki universitetin diplomunu əldə edəcəklər.

Beynəlxalq ikili diplom proqramının tələbələri ilə görüşən Ege Universitetinin rektoru Necdet Budak onları salamlayaraq, uğurlar arzu edib.

Daha sonra tələbələrə tələbə biletləri təqdim olunub.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ