İnnovasiyalar mərkəzinin təşkilatçılığı ilə oyun tərtibatı proqramı layihəsinə start verilib

İnnovasiyalar mərkəzinin təşkilatçılığı ilə oyun tərtibatı proqramı layihəsinə start verilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar mərkəzinin təşkilatçılığı ilə oyun tərtibatı proqramı layihəsinə start verilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və "IGDA Azerbaijan"-ın təşkilatçılığı ilə oyun tərtibatı təlimi keçirilib. Mərkəzin direktoru Elvin Ağayev, İGDA Azərbaycanın rəhbəri İlqar Əlirzayev çıxış edərək iştirakçılara layihə haqqında məlumat verib. Bildirilib ki, layihə fevral-may aylarında Gəncə şəhərində oyun tərtibatına maraq göstərən gənclər üçün keçiriləcək.

12 təlim və masterklasdan ibarət layihənin sonunda iştirakçılar oyun dizaynı, proqramlaşdırma və oyun mühərrikindən istifadə üzrə oyun hakatonunda iştirak edəcəklər.


İnnovasiyalar mərkəzinin təşkilatçılığı ilə oyun tərtibatı proqramı layihəsinə start verilibİnnovasiyalar mərkəzinin təşkilatçılığı ilə oyun tərtibatı proqramı layihəsinə start verilibİnnovasiyalar mərkəzinin təşkilatçılığı ilə oyun tərtibatı proqramı layihəsinə start verilibİnnovasiyalar mərkəzinin təşkilatçılığı ilə oyun tərtibatı proqramı layihəsinə start verilib