Kəpəz FK oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublar

Kəpəz FK oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublar

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Kəpəz FK təşkilatçılığı ilə "Rasizmə qırmızı vərəqə göstər" adlı görüş keçirilib.

Universitetdə reallaşan görüşdə Malili Mahammadu Ba, Anqola əsilli portuqaliyalı Valdemar Almeyda, maltalı Trent Buhagiar, eləcə də yerli oyunçulardan İlkin Qırtımovla Əli Səmədov iştirak edib. Görüşdə insanların etnik mənsubiyyətinə, irqinə, xarici görünüşünə və digər xüsusiyyətlərinə, fərqlərinə görə ayrı seçkiliyə məruz qalması pislənilib. Müasir dünyamızda həyatın bütün sahələrində olduğu kimi futbolda da irqçi davranışlara hələ də rast gəlinməsi təəssüflə qeyd olunub. Komandamızın legionerləri bununla belə Azərbaycanda rasizmlə üzləşmədiklərini, onlara qarşı münasibətin normal olduğunu bildiriblər.

Dəyirmi masada ADAU-da təhsil alan xarici tələbələr arasında Afrika ölkələrindən də təhsil almaq üçün Gəncəyə gələnlərin olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, onlar da multikulturalizm ənənələrinin güclü olduğu Azərbaycanda heç vaxt irqçi münasibətlə üzləşməyiblər.

Görüşün sonunda futbolçularımız ADAU-nun kitabxanası ilə tanış olublar.


Kəpəz FK oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublarKəpəz FK oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublarKəpəz FK oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublarKəpəz FK oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublarKəpəz FK oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublarKəpəz FK oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublarKəpəz FK oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublarKəpəz FK oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublarKəpəz FK oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublar