Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda tədbir keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin DYNŞ-nin Böyük inspektoru d/x mayoru Ramil Kərimov, Sektor müdiri Elnur İmanov, baş məsləhətçi Leyli Abbasova və Ərazi orqanları ilə iş şöbəsinin zabiti, kapitan Səhnə Məmmədova iştirak ediblər.
FHN-in əməkdaşları ali təhsil müəssisəsinin müəllim və tələbələrinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə video çarxlar nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.