Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 59 milyon 479 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Bu barədə "Report"un yerli bürosuna Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 % artıb.
Bunun 4 milyon 253 min 800 manatı bitkiçilik sahəsi üzrə, 55 milyon 225 min 700 manatı isə heyvandarlıq sahəsi üzrə olub.