Zəngilan rayonunun Ağalı kəndində torpaqların icarəyə verilməsi əhalinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmalarına imkan yaradaraq onların sosial həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olacaq.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsində hesabında bildirib.
Nazir xatırladıb ki, "Böyük Qayıdış"ın ilk ünvanı sayılan Ağalıda işğaldan azad olunmuş ərazilərdə formalaşmış ilk kooperativlərlə aqrar təyinatlı torpaqların əkin məqsədi ilə güzəştli şərtlərlə istifadəyə verilməsi prosesinə başlanılıb: "Əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlarda birillik və çoxillik bitkilərin əkilməsi nəzərdə tutulur".