Nəqliyyat vasitələri və ehtiyat hissələrinin Azərbaycana idxalı artıb

Nəqliyyat vasitələri və ehtiyat hissələrinin Azərbaycana idxalı artıb

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycana 1 mlrd. 475 mln. 306,44 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib. “APA-Economics” Dövlət Gömrük Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,9% və ya 568 mln. 939 min dollar çoxdur. Qeyd edək ki, hesabat dövründə idxal edilən nəqliyyat vasitələri və onların hissələrinin dəyəri Azərbaycanın ümumi idxalının 15,44%-ni təşkil edib.
İstinad : Azərbaycan və dünyadan ən son xəbərlər