15-17 may 2024-cü il tarixlərində Bakının Ekspo Mərkəzində Caspian Agro sərgisi keçiriləcək. Niderland bu dəfə 8 holland şirkətinin iştirak etdiyi bu Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində yenidən “Niderland Pavilyonu” ilə təmsil olunacaq.
Niderland pavilyonunda sərgilənəcək holland kənd təsərrüfatı şirkətləri aşağıdakılardır:
· Hortilux istixanaların ağıllı işıqlandırılmasında dünya liderlərindən biridir.
· RijkZwaan tərəvəz yetişdirmə şirkətidir.
· Koppert kimyəvi pestisidlərə alternativ təqdim edir və şirkət əkin sahələrində zərərvericilərlə mübarizə üçün ilk təbii həll yolu tapmış şirkətdir.
· Klasmann Deilmann Benelux B.V. Avropa, Asiya və Amerikada çoxsaylı satış və istehsal şirkətləri ilə beynəlxalq substrat sənayesində aparıcı şirkətlər qrupudur.
· Lumiforte EMEA B.V. bağçılıq və idman sahələrinin üzlənməsi üçün örtüklər hazırlayır.
· Hortilife B.V. istixana bazarında aparıcı oyunçudur. Şirkət Niderlandın bilik və tədqiqat mərkəzlərindən istifadə edərək və bir neçə texniki tərəfdaşlıqlar çərçivəsində ən yaxşı standartlara cavab verən müasir “açar təslim” istixanaları təqdim edir.
· Philips Horticulture LED Solutions şəbəkə işıqlandırma sistemləri binaların və şəhərlərin səmərəliliyini, təhlükəsizliyini, sağlamlığını və dayanıqlılığını artırmaq üçün cihazlardan, yerlərdən və fərdlərdən məlumat toplayan LED işıqlandırmanı "ağıllı" həllərə çevirir.
· Globifield Impex B.V. damazlıq məqsədlər üçün diri mal-qaranın tədarükündə ixtisaslaşıb və illər ərzində heyvandarlıq ixracı/idxalında qlobal sənaye liderinə çevrilib.
Sərgidə Niderlandın daha bir neçə kənd təsərrüfatı şirkəti ayrı-ayrı stendlərdə təmsil olunacaq.
Niderland Krallığının Azərbaycandakı səfiri xanım Pauline Eizema 15 may tarixində sərginin açılışında iştirak edəcək və qonaqları və tərəfdaşları Sərgidəki Niderland Pavilyonunu ziyarət etməyə dəvət edəcəkdir.
Qısa məlumat
Kənd təsərrüfatı Niderland tarixi və mədəniyyətində dərin köklərə malikdir. Niderland kənd təsərrüfatı innovasiyaları və dayanıqlıq təcrübələri ilə bağlı əsrlər boyu davam edən uzunmüddətli ənənəyə malikdir. Niderlandın kənd təsərrüfatı sahəsində təcrübəsi təsərrüfat texnikası, su idarəetməsi və məhsul becərilməsi sahəsində əhəmiyyətli irəliləyişlərə səbəb olmuşdur. Holland şirkətləri kənd təsərrüfatı sektoru ixracında qlobal ərzaq təhlükəsizliyinə və dayanıqlı təsərrüfat təcrübələrinə töhfə verməklə məşhurdurlar. Kənd təsərrüfatında qlobal lider kimi Niderland aclıq və qida çatışmazlığı kimi qlobal problemləri həll etmək üçün öz bilik və təcrübəsini digər ölkələrlə bölüşmək əzmindədir.
İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi