Ondokuz Mayıs Universitetinin əməkdaşı ADAU tələbələrinə mühazirə söyləyib

Ondokuz Mayıs Universitetinin əməkdaşı ADAU tələbələrinə mühazirə söyləyib

Türkiyənin Ondokuz Mayıs Universitetinin əməkdaşı Erasmus+ KA171 layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələrinə mühazirə söyləyib.

Prof. Dr. Ertan Emek Onuk tələbələrə balıqlarda bakterial xəstəliklər, layihələrin yazılması, təcrübə mübadiləsi, həmçinin, Ondokuz Mayıs Universitetinin Baytarlıq fakültəsi barədə məlumat verib.

Qeyd edək ki, Baytarlıq təbabəti fakültəsində keçirilən mühazirələr beş gün davam edəcək.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ