Gəncə şəhərində sağlam həyat tərzinin və idmanın təbliği məqsədilə qadınlar arasında voleybol yarışı təşkil olunub.
Yarışda Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) bir, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyini iki, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzini bir komanda təmsil edib.
Voleybol yarışında ADAU-nun komandası I yerə, GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin təmsilçiləri isə II və III yerlərə sahib olublar.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ