Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb

Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb

Şəki rayonunun yaşayış məntəqələrində kənd təsərrüfatı üçün təhlükəli zərərverici hesab edilən qəhvəyi mərmər bağacığın aşkar edilməsi və yayılma təhlükəsinin aradan qaldırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzi tərəfindən zəruri tədbirlər davam etdirilir.Mərkəzin rəisinin sözlərinə görə, asılmış feromon tələlərin davamlı olaraq izlənməsi həyata keçirilir. Bu məqsədlə indiyədək 8 monitorinq keçirilib və bu proses həftədə bir dəfə davam etdirilir. Feromon tələlərin üzərinə saysız-hesabsız müxtəlif həşəratlar, çöl milçəkləri yapışsa da, indiyədək qəhvəyi mərmər bağacığı aşkar edilməyib.

İstinad : Azərbaycan Dövlət İnformasiya Agentliyi