“Rostselmaş” Azərbaycanı seçir

“Rostselmaş” Azərbaycanı seçir


"Rostselmaş" şirkəti bütün aqrar texnologiyalar (əkin yerlərinin becərilməsindən məhsul yığımına qədər) üçün kənd təsərrüfatı texnikasının (150-dən çox model) tədarükündə dünyada aparıcı yerlərdən birini tutur. Geniş məhsul istiqamətlərinə malik şirkət 2024-cü ildə yol tikintisi texnikasının ilk nümunələrini istehsal edib. Şirkətin istehsal etdiyi kənd təsərrüfatı texnikası 20 ölkəyə tədarük olunur.
Əgər əvvəllər şirkətimiz ümumi məhsuldarlığı 25-30 sentnerə qədər olan kənd təsərrüfatı texnikası (NOVA, VECTOR) təqdim edirdiksə, bu gün biz "Caspian Agro" Beynəlxalq Sərgisində yüksək məhsuldarlığa malik TORUM 785 kombaynını nümayiş etdiririk. Daha az yanacaq və enerji sərfiyyatı sayəsində bu texnika ilə məhsulun toplanması 10% daha ucuz başa gəlir. Biz həmçinin avtopilot da daxil olmaqla bütün elektron sistemlərin tətbiqini həyata keçiririk.
“Rostselmaş” şirkəti Azərbaycanda təşkil edilən kənd təsərrüfatı sərgisinin daimi iştirakçısıdır. Bizim artıq "Agro Space" şirkətinin timsalında tərəfdaşımız da var. İstehsal etdiyimiz texnikanın qiymət və keyfiyyət baxımından kifayət qədər rəqabətə davamlı olduğunu nəzərə alaraq məhsulların satışı imkanlarını nəzərdən keçiririk. Bundan başqa, Sumqayıt Texnologiyalar Parkının rəhbərliyi ilə görüşümüz zamanı komplekt hissələrinin tədarükü ilə bağlı razılıq əldə etmişik.
Kənd təsərrüfatı maşınqayırma sənayesi nümayəndələrinin bir araya gəlməsi üçün lazımi şərait yaradan Azərbaycan hökumətinə və bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığımızı bildiririk. Məhz buna görə biz hər il "Caspian Agro"nu seçirik. Digər iştirakçılarla təcrübə mübadiləsi imkanı yaradan bu səviyyədə və miqyasda ixtisaslaşmış sərgilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Aleksey Şveytsov, "Rostselmaş" şirkətinin baş direktorunun birinci müavini

İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi