Sədr: "Aqrar Sığorta Fondu əkin sahələrinin 98 %-ni əhatə etmək gücündədir"

Sədr: "Aqrar Sığorta Fondu əkin sahələrinin 98 %-ni əhatə etmək gücündədir"

Azərbaycanda aqrar sığorta sistemi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmış əkin sahələrinin 98 %-ni əhatə etmək gücündədir.

"Report" xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov keçirdiyi mətbuat konfrasında bildirib.

"Yəni biz ölkədə meyvə-tərəvəz əkini həyata keçirilən hər 100 hektarın ərazinin 98 hektarının sığortalanmasını təmin edə bilərik", - deyə o qeyd edib.

Bundan başqa, sədr deyib ki, Fondun sığorta ödənişləri artmaqdadır: "Ötən il 12 milyon manat, bu ilin I rübündə isə 3 milyon manat dəyərində zərəri qarşılamışıq. Düşünürük ki, ödənişlər artacaq. Bu qeyri-kommersiya əhəmiyyətli sığorta mexanizminin başlıca məqsədi gəlir əldə etmək deyil. Aqrar sığorta vəsaitlərin toplanması və fermerlərimizin istehsalı normal şəkildə davam etdirməsi üçün qurulmuş mexanizmdir".