Şərqi Finlandiya Universitetinin müəllimi Sahib Xan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün seminarlar keçəcək.
İlk seminarda çıxış edən ADAU-nun Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Mahir Məmmədzadə qonağa təşəkkür edərək, seminarların Erasmus+ layihəsi çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb.
Baytarlıq təbabəti fakültəsinin tələbələri üçün nəzərdə tutulan seminarlar oktyabr ayının ikinci yarısına qədər davam edəcək.
Həmçinin, Sahib Xan ADAU-ya səfəri çərçivəsində professor-müəllim heyəti ilə görüşüb bir neçə sahə üzrə də seminarlar keçəcək.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ