Son 30 ildə Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı 350-dən çox qanunvericilik sənədi qəbul edilib.
"Report" xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, Milli Məclis bu istiqamətdə səmərəli işlər görür.
"Aqrar sektor ölkə iqtisadiyyatının aparıcı sektorlarında biridir. Son dövrlər bu sahədə inkişaf, əsaslı dönüş göz qabağındadır", - deyə deputat əlavə edib.