Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) ADAU-nun tələbə evlərində “Ayın ən təmiz otağı” layihəsinə start verib.
Layihə çərçivəsində hər ay müəyyən vaxtlarda ADAU THİK-in təyin etdiyi komissiya tərəfindən tələbə evlərinin otaqlarında keçirilən reydlər zamanı gigiyenik, səliqə-səhman və digər qaydalara ən yaxşı riayət edən tələbələrə pul mükafatları təqdim olunacaq.
Universitetin 2 saylı Tələbə evində keçirilən ilk yoxlamalar zamanı aprel ayının qalibləri 215 nömrəli otağın sakinləri - I kurs tələbələri Canpolad Əliyev və Tacir İsbatov seçilərək, pul mükafatına layiq görülüblər.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ