Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən "İdman və oyun" klubunun təşkilatçılığı ilə Gəncə şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat məktəbində şahmat turniri baş tutub.
24 nəfər ADAU tələbəsi arasında keçirilən turnirdə Magistr Hazırlığı Mərkəzinin “Torpağın aqroekoloji qiymətləndirilməsi və tiplərə ayrılması ixtisasının” I kurs tələbəsi İradə Ramazanova birinci yerə çıxıb.
Sonda qaliblər və fəal oyunçular sertifikatla mükafatlandırılıb.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ