Tələbələr biliklərini intellektual yarışda sınayıblar

Tələbələr biliklərini intellektual yarışda sınayıblar

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan intellektual yarış keçirilib.

Yarışda əvvəlcə Dövlət Himni səsləndirilib sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Yarışda 5 komandadan ibarət ADAU tələbələri iştirak ediblər.

İntellektual yarışda I yerə “Yüksək Voltaj”, II yerə “Armagedon”, III yerə isə “404” komandası çıxıb.

Yer tutan tələbələr medal və diplom digər yarışçılar isə sertifikatla təltif olunublar.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ