Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Od çərşənbəsi münasibətilə "Tonqal şənliyi" keçirilib.
Şənlikdə iştirak edən Universitetin rektoru Zəfər Qurbanov tələbələri Od çərşənbəsi münasibətilə təbrik edərək, milli bayram və adət-ənənələrə sadiqliyin vacibliyini diqqətə çatdırıb.
Sonra bayram tonqalı alovlandırılıb.
Daha sonra musiqi sədaları altında tələbələr rəqs edib, bayram əhval-ruhiyyəli ifalar səsləndiriblər.