Tərtərdə pay torpaqlarından səmərəli istifadəsi modelinin hazırlanması ilə bağlı layihənin təqdimatı keçirilib

Tərtərdə pay torpaqlarından səmərəli istifadəsi modelinin hazırlanması ilə bağlı layihənin təqdimatı keçirilib

Tərtərdə "Yaşıl Dünya naminə Həmrəylik ili" çərçivəsində "Ekosistemin mühafizəsi və innovativ texnologiyaların tətbiqi ilə Tərtər rayonu üzrə pay torpaqlarından səmərəli istifadəsi modelinin hazırlanması" layihəsinin təqdimatı keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən təqdimatda Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Layihənin rəhbəri Ziyad Abbasov, Ege Universitetinin professoru Beyliş Təkin, ADAU əməkdaşları - Nizami Seyidəliyev, Mirnaib Mirsalahov, Anar Hətəmov, kənd təsərrüfatında çalışan fermer və sahibkarlar iştirak ediblər.

Əvvəlcə Müstəqim Məmmədov qonaqları salamlayıb və rayon haqqında ətraflı məlumat verib. Layihənin əhəmiyyətindən danışaraq onun rayonda həyata keçirilməsinə yaxından dəstək olacaqlarını bildirib.

Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov layihənin əhəmiyyətindən bəhs edərək, uğurlar arzu edib.

Sonra Ziyad Abbasov layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, innovasiyalar iqtisadiyyatın aqrar sektorunda istehsalın texniki, texnoloji və təşkilati əsaslarının yeniləşməsi bazasında məhsuldarlığın artırılmasında, rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsində başlıca rol oynayır.

Sonda tədbir iştirakçıları rayonun Çaylı və Kəngərli kəndlərində "Furitti aqro" MMC-yə məxsus meyvə bağlarına baxış keçirib, yaradılan şəraitlə tanış olublar.

Tərtərdə pay torpaqlarından səmərəli istifadəsi modelinin hazırlanması ilə bağlı layihənin təqdimatı keçirilibTərtərdə pay torpaqlarından səmərəli istifadəsi modelinin hazırlanması ilə bağlı layihənin təqdimatı keçirilibTərtərdə pay torpaqlarından səmərəli istifadəsi modelinin hazırlanması ilə bağlı layihənin təqdimatı keçirilibTərtərdə pay torpaqlarından səmərəli istifadəsi modelinin hazırlanması ilə bağlı layihənin təqdimatı keçirilib