Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsində qüdrətli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan intellektual bilik yarışı keçirilib.
Yarışın keçirilməsində məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsilə çatdırılması işinin daha da gücləndirilməsi olub.
Hər birində 6 nəfər olmaqla 5 komandanın iştirakı ilə keçirilən intellektual yarışın qalibi “Baku Team” komandası olub.
Sonda I, II, III yerləri tutan komandalara fəxri fərman, IV və V yerləri tutan komandalara isə təşəkkürnamələr təqdim edilib.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ