ADAU-da fakültələr arası futbol yarışı keçirilib

ADAU-da fakültələr arası futbol yarışı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən "İdman və oyun" klubunun təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili” və COP-29-a həsr olunmuş fakültələr arası futbol yarışının final qarşılaşması baş tutub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Final mərhələsində Torpaqşünaslıq və aqrokimya və Mühəndislik fakültələri qarşılaşıb. Finalda Mühəndislik fakültəsi 4:2 hesabı ilə qalib olub.

Sonda hər iki komanda fəxri fərman, kubok və medallarla təltif olunub.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ