Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova Avstriyanın paytaxtı Vyanada keçirilən "Nüvə Elmi, Texnologiyası və Tətbiqləri və Texniki Əməkdaşlıq Proqramı" üzrə beynəlxalq konfransda iştirak edib.
Tədbirdə sağlamlıq, ərzaq təhlükəsizliyi, su ehtiyatlarının idarə edilməsi və iqlim dəyişikliyi də daxil olmaqla bu gün qarşımıza çıxan bəzi problemlərin həllində nüvə elmi və texnologiyasının rolu müzakirə edilib.
Konfransda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) nail olmaqda nüvə texnologiyasının rolundan danışılıb, beynəlxalq əməkdaşlığı gücləndirmək və nüvə nailiyyətlərində innovasiyalar araşdırılıb.
Tədbirdən sonra nümayəndə heyəti Azərbaycan Respublikasının Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüş keçirib. Görüşdə ADAU-nun Baytarlıq təbabəti fakültəsinin Vyanada yerləşən "Vien Veterinary Medicine" Universiteti ilə əməkdaşlıq imkanları müzakirə olunub.