Aİ Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin mandatını uzadıb 

Aİ Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin mandatını uzadıb 

Bu gün Avropa İttifaqı Şurası Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin mandatını 31 avqust 2024-cü il tarixinədək bir il müddətinə uzatmağı qərara alıb. Bu vəzifəni hazırda Estoniyalı diplomat Toyvo Klaar icra edir. O, 13 noyabr 2017-ci il tarixində Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Xüsusi Nümayəndəsi təyin olunub. Onun vəzifəsi regiondakı münaqişələrin, yəni Gürcüstandakı böhranın və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstan arasında, eləcə də qonşu ölkələrlə regional əməkdaşlığı təşviq etməkdir. Aİ-nin Xüsusi Nümayəndələri Aİ-nin Ali Nümayəndəsi tərəfindən konkret region və ölkələrdə Aİ-nin siyasət və maraqlarını təşviq etmək və bu sahələrdə Aİ-nin fəal siyasi mövcudluğunu təmin etmək məqsədilə irəli sürülür. Daha çox öyrən Mətbuat üçün açıqlama
İstinad : EU NEIGHBOURS east