Bu ilin yanvar-aprel aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 1 707 müraciət üzrə 32,3 milyon manat güzəştli kredit verib.
"Report"un əldə etdiyi məlumata görə, bunun 28,9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 3,4 milyon manatı isə digər təyinatlı kreditlərdir.
Bundan başqa, 4 ay ərzində agentlik 673 baş damazlıq iribuynuzlu heyvanın alışına 2,6 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışına isə 39,4 milyon manat güzəşt vəsaiti ayırıb.