Aqrar Universitetdə yenidən qurulan auditoriya istifadəyə verilib

Aqrar Universitetdə yenidən qurulan auditoriya istifadəyə verilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq və Zoomühəndislik tədris binasında "Agro Food Investments" MMC-nin dəstəyi ilə ərsəyə gələn yeni auditoriyanın açılışı olub.

Açılışdan əvvəl keçirilən görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov və "Agro Food Investments" MMC-nin rəhbəri Vahid Novruzov dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsi və birgə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar.

Daha sonra tələbələrin istifadəsinə verilən yeni auditoriyanın açılış lenti kəsilib.

Bildirilib ki, yeni qurulan auditoriya müasir zəruri mebel və texniki avadanlıqla təhkim olunub. Auditoriyada dərs tədrisi ilə yanaşı təlimlərin də keçirilməsi nəzərdə tutulub.

KT sahəsində ixtisaslı kadrların inkişafı və qrupa cəlbi niyyəti güdən layihə çərçivəsində hər semestr üzrə 8 dərs günü olmaqla, ümumilikdə 8 həftə ərzində AFİ şirkətlər qrupunun mütəxəssisləri tərəfindən seçilmiş 3 və 4-cü kurs tələbələrinə həm texniki, həm inzibatçılıq/idarəçiliklə əlaqədar müxtəlif mövzulu mühazirə və seminarlar verməsi nəzərdə tutulur. Tədris müddətinin sonunda uğurlu iştirakçılar şirkətlərdə təcrübə proqramına cəlb ediləcək, daha sonra ümumi KT əmək bazarı üzrə daimi əsaslı işlə təmin imkanlarına dəstək göstəriləcəkdir.

Açılışdan sonra Agro Food İnvestments şirkətlər qrupunun əməliyyatlar üzrə meneceri Pərviz Yusifov və şirkətin tərəfdaşları "Synergia Academy"-dən dəvət olunmuş mütəxəssis tərəfindən tələbələrlə ilk seminarlar keçirilib.

Aqrar Universitetdə yenidən qurulan auditoriya istifadəyə verilibAqrar Universitetdə yenidən qurulan auditoriya istifadəyə verilibAqrar Universitetdə yenidən qurulan auditoriya istifadəyə verilibAqrar Universitetdə yenidən qurulan auditoriya istifadəyə verilib