Azərbaycan Dövlət Aqrar Universiteti “TələbəPlus” layihəsinə qoşulub

Azərbaycan Dövlət Aqrar Universiteti “TələbəPlus” layihəsinə qoşulub

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Təhsilin İnkişafı Fondunun (TİF) rəhbərliyi arasında görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd birgə əməkdaşlığı genişləndirmək və Aqrar Universitetin "TələbəPlus" layihəsinə qoşulması olub.

Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov əvvəlcə ali təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Rektor bildirib ki, vahid tələbə kartlarının istifadəyə verilməsi tələbələrin imkanlarını daha da genişləndirəcək.

TİF-in İdarə heyətinin sədri Elnur Nəsibov "TələbəPlus" layihəsinin bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək məqsədi daşıdığını deyib.

Sonra ADAU-nun rektoru Zəfər Qurbanovla TİF-in İdarə heyətinin sədri Elnur Nəsibov "TələbəPlus" layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsini imzalayıblar.

Qeyd edək ki, TİF-in "Kapital Bank" və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən "TələbəPlus" layihəsi vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Layihə çərçivəsində ilkin olaraq yeni tədris ilindən 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır.

Rəsmi görüşdən sonra tələbələrlə görüş keçirilib. "TələbəPlus" layihəsi və onun üstünlükləri barədə tələbələrə məlumat verilib, sualları cavablandırılıb.

Azərbaycan Dövlət Aqrar Universiteti "TələbəPlus" layihəsinə qoşulubAzərbaycan Dövlət Aqrar Universiteti "TələbəPlus" layihəsinə qoşulubAzərbaycan Dövlət Aqrar Universiteti "TələbəPlus" layihəsinə qoşulubAzərbaycan Dövlət Aqrar Universiteti "TələbəPlus" layihəsinə qoşulub
Azərbaycan Dövlət Aqrar Universiteti "TələbəPlus" layihəsinə qoşulub