Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib

Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Energetika və elektrik mühəndisliyi kafedrasının təşkilatçılığı ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransı keçirilib.

Konfransda əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tələbələrdən Vidadi Abbasov, Zöhrəxanım Abbasova "COP-29" Azərbaycana nə verəcək?", Nurcan Əzizli "Alternativ enerji mənbələri", Nazlı Ocaqquliyeva, Zeynəb Həsənzadə "Hərəkət izləyən robot", Rövşən Məmmədli, Musaxan Əliyev "Suyun səviyyəsinin avtomatik idarə olunması", Elcan Abbasov, Tofiq Paşayev "Telefonla idarə olunan robot" Ruhin Məhərrəmov, Nəriman Vəlizadə "Əl hərəkətləri ilə idarə olunan robot", Musa İbayev, Toğrul Sadıqov "Mühərriklərdə olan zədələnmələrin süni intellekt vasitəsilə təyin olunması" Rəqsanə Süleymanova, İlahə Qurbanova "Tesla bobini" mövzularında təqdimatlar ediblər.

Tələbələr verilən suallara cavab verib, mövzular ətrafında müzakirələr aparıblar.

Çıxış edən rektor Zəfər Qurbanov tələbələrin təqdimatlarını yüksək qiymətləndirərək onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, ADAU-da son illərdə nəzəri elmi biliklərin yüksək səviyyədə öyrənilməsi ilə yanaşı praktiki biliklərin inkişafına da böyük önəm verilir.

Digər çıxış edənlər də təqdim olunan layihələrin onların praktiki bacarıqlarının inkişafına təkan verəcəyini bildirərək, konfransın işinə uğurlar arzu ediblər.

Sonda tələbələrə fəxri fərmanlar verilib.


Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib
Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib
Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilibTələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib