Azərbaycan: peşə təhsil proqramının nəticələrinə əsasən məzunların 70%-i iş təklifi alıb

Azərbaycan: peşə təhsil proqramının nəticələrinə əsasən məzunların 70%-i iş təklifi alıb

İyulun 18-də BMT-nin İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə Azərbaycanda həyata keçirilən “Dual Peşə Təhsil Proqramının” nəticələrinə dair yekun konfrans keçirilib. Dual təhsil proqramı zamanı tələbələr təhsillərini peşə təhsili və təlimi müəssisələrində davam etdirir və eyni müddətdə peşə sahələrinə uyğun olaraq özəl sektor şirkətlərində praktiki təcrübə əldə edirlər. Tədbirdə 40-a yaxın özəl sektoru təmsil edən şirkət, dual proqramın məzun və mentorları, eləcə də peşə təhsil müəssisələrinin idarə heyətləri və əlaqədar təşkilatçı qurumların rəsmiləri iştirak edib. BMTİP-nin məlumatına əsəsən, layihənin dəstəyi ilə Bakı, Gəncə, Cəlilabad, Lənkəran və Şəki şəhərlərindən 573 tələbə bu proqramda iştirak edib. Məzunların 70%-dən çoxu təcrübədə olduğu şirkətlərdən rəsmi iş təklifi alıb. Daha çox öyrən Mətbuat üçün açıqlama
İstinad : EU NEIGHBOURS east