“Azerçay” – Azərbaycan çay mədəniyyətinin qürurla təqdimatı Osakada

“Azerçay” – Azərbaycan çay mədəniyyətinin qürurla təqdimatı Osakada

Azərbaycanın ilk milli çay markası olan "Azerçay", ölkəmizin zəngin çay ənənələrini dünyaya tanıtmaq missiyasını bu dəfə Yaponiyada davam etdirir. Brendimiz, 2025-ci ildə Osakanın ev sahibliyi etdiyi "Osaka, Kansai Ekspo" beynəlxalq sərgisində Azərbaycan pavilyonunda layiqincə təmsil olunur.

Sərgidə iştirak edən yerli və xarici qonaqlara "Azerçay"ın dəmlənmiş nümunələri təqdim olunur, eyni zamanda ziyarətçilər milli çay mədəniyyətimiz, dəmləmə üsulları və tariximiz barədə məlumatlandırılır. Pavilyona yaxınlaşan hər bir qonaq üçün bu təqdimat həm də Azərbaycanın qonaqpərvərliyinin bir nümunəsinə çevrilir.

Dünya liderləri, nüfuzlu şirkət rəhbərləri və minlərlə sərgi ziyarətçisinin iştirak etdiyi tədbirdə "Azerçay" yalnız bir içki deyil, mədəniyyətimizin və brend irsimizin daşıyıcısı kimi təqdim olunur. Təqdim olunan məhsullar arasında klassik qara çaylardan tutmuş aromatlaşdırılmış qarışıqlara qədər geniş çeşid yer alır. Ziyarətçilərə xüsusi hədiyyə paketləri də təqdim olunur ki, bu da Azərbaycan məhsullarının keyfiyyətini birbaşa təcrübə etməyə imkan yaradır.

"Made in Azerbaijan" brendi ilə beynəlxalq bazarda tanınan "Azerçay", illərdir ki, ölkəmizin keyfiyyətli və orijinal məhsulunu xarici bazarlarda tanıdır və Azərbaycanın ixrac potensialını gücləndirən aparıcı adlardan biri olaraq çıxış edir.