Azərbaycanda taxıl biçini aktiv mərhələyə qədəm qoyub, əksər rayonlarda aktiv biçin prosesi gedir.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də dayanıqlı inkişaf edir.
S.Hacıyev diqqətə çatdırıb ki, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilir.
Sədr biçinin mütəşəkkil şəkildə, itkisiz başa çatdırılması üçün tədbirlər planı hazırlandığını, taxılın vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət mühüm əhəmiyyət kəsb etdiyini deyib.