Hər il Bakıda keçirilən Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgilərinin formatı gələn ildən dəyişdiriləcək.
Bunu "Report"a açıqlamasında "Caspian Event Organizers" MMC-nin nümayəndəsi Bəhruz Hidayətzadə bildirib.
Onun sözlərinə görə, sərgilər "Baku Agro Week" ("Bakı Kənd Təsərrüfatı Həftəsi) çərçivəsində təşkil olunacaq.
Bununla belə, B.Hidayətzadə qeyd edib ki, sərgilərin adları yeni konsepsiya daxilində saxlanılacaq.
"Baku Agro Week" çərçivəsində bir çox layihələr həyata keçirilə bilər", - deyə o əlavə edib.