Kənd Təsərrüfatı Nazirliyi (KTN) gələn həftə Bakıda keçiriləcək Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgilərində süni intellektin tətbiqi ilə bağlı bir neçə layihə təqdim edəcək.
"Report " xəbər verir ki, bunu nazirliyin Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Toğrul Qafarbəyli sərgilərə həsr olunmuş mətbuat konfransında bildirib.
"Süni intellektin tətbiqi kənd təsərrüfatında əsas prioritetlərdəndir. Uzun araşdırmalardan sonra məlum olub ki, Azərbaycanda süni intellekt istiqamətində hazırlanan kadrlar və bazardakı böyük aqroparklar arasında sinerji yoxdur. Halbuki buna ehtiyac var və biz bu sinerjini bu il ilk dəfə yaratmaq istəyirik", - deyə o qeyd edib.