Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) beynəlxalq əməkdaşlıq strategiyasını uğurla davam etdirərək, dünyanın müxtəlif ali təhsil müəssisələri ilə qarşılıqlı təcrübə mübadiləsi və inkişaf layihələrində fəal iştirak edir. Bu fəaliyyətlər sırasında Erasmus+ proqramı çərçivəsində həyata keçirilən "Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi" (ENGAGE) adlı layihə xüsusi yer tutur. Layihə Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir və Azərbaycan ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq mədəniyyətinin formalaşdırılması məqsədi daşıyır.
ENGAGE layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlər ali təhsil müəssisələrində startap fəaliyyətlərinin genişləndirilməsi, təcrübi tədris komponentlərinin artırılması, innovativ ideyaların təşviqi və universitet-sənaye əməkdaşlığının gücləndirilməsini hədəfləyir. Layihənin icrası zamanı Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübələri öyrənilərək, Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları üçün bir sıra peşəkar təlimlər təşkil edilib.
Bu çərçivədə İsveç Krallığının Stokholm şəhərində yerləşən Kral Texnologiyalar İnstitutunda bir həftəlik təlimlər keçirilib. Təlimlər zamanı Kral Texnologiyalar İnstitutunun sahibkarlıq və innovasiya potensialının öyrənilməsi, maddi-texniki bazası ilə tanışlıq və akademik heyətlə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Tədbirdə iştirak etmək üçün Gəncə Dövlət Aqrar Kollecinin direktoru, ADAU-nun bağçılıq kafedrasının dosenti Fəqan Ağayevin İsveç Krallığına ezam olunub. Səfərin məqsədi Azərbaycanın ali təhsil sistemində sahibkarlıq düşüncəsinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində yeni metodların öyrənilməsidir.