Gübrələr və yem əlavələrinin unikal növləri

Gübrələr və yem əlavələrinin unikal növləri


Vitali Tyutyunnikov, “Nano Kremniy” şirkətinin baş direktoru
Rostov vilayətinin stendində “Nano Kremniy”, “RostAgroİmpex” və “Silin” şirkətləri təmsil olunur. Bunlardan ilk ikisi Azərbaycanda kənd təsərrüfatının inkişafının səmərəliliyini artırmaq üçün vacib ola biləcək unikal gübrələri nümayiş etdirir.
“RostAgroİmpex” artıq 19 ildir ki, maye formada üzvi gübrələr, 4-cü təhlükə sinfinə qədər bitkiləri mühafizə vasitələri istehsal edir. “Azərsun”, “Fitoman” və daha üç Azərbaycan şirkəti artıq bu məhsulların alıcılarıdır, lakin sərgi yeni müştərilər tapmaqda kömək edə bilər, çünki Azərbaycan bütövlükdə Türkiyə kimi bu cür gübrələrin ən çox alıcıları sırasındadır.
“Nano Kremniy” şirkəti Azərbaycanda gübrə və heyvanlar üçün yem əlavələrinin unikal növləri üçün distribyutor tapmağa çalışır. Məhsullarımızın unikallığı bioloji aktiv silisiumdur, istifadəsi bir sıra üstünlükləri təmin edir: bitkilərin böyüməsini və inkişafını stimullaşdırır, temperatur dəyişkənliyinə dayanıqlıdır, bu gübrə torpaqdan tam udulur. “Nano Kremniy Don” şirkətinin təqdim etdiyi yem əlavələri isə inək südünün yağlılığını, tərkibindəki zülal payını artırır və faydalı xüsusiyyətlərini yaxşılaşdırır. Bu əlavələrdən istifadə edərək, buzovların tələf olmasını tamamilə aradan qaldırmaq olar ki, bu da çox vacibdir.
Rostov vilayətinin “Silin” şirkəti almaların saxlanması və daşınması üçün taxta konteynerlərin istehsalı ilə məşğuldur ki, bu da azərbaycanlı fermerlərin marağına səbəb ola bilər.
Biz “Caspian Agro” sərgisində səmərəli iştiraka ümid edirik!
İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi