Kənd Təsərrüfatı Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib

Kənd Təsərrüfatı Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib

Kənd Təsərrüfatı Nazirliyində ali təhsilin magistratura səviyyəsi üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Kənd təsərrüfatı ixtisasları üzrə İşçi Qrupun ilk iclası keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları, Heyvandarlığın təşkili və monitorinqi, Bitkiçiliyin təşkili və monitorinqi şöbələri, eləcə də aqrar sahədə ixtisaslaşmış assosiasiyaların nümayəndələri iştirak ediblər.

İclası giriş sözünü açan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov bildirib ki, ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi sayəsində çoxsaylı iş yerlərinin yaranması universitet məzunlarının layiqli məşğulluğu üçün böyük imkanlar yaradır. ADAU-nun rektoru qeyd edib ki, bu gün aqrar peşə Azərbaycanda ən nüfuzlu peşələrdən birinə çevrilməkdədir. Zəfər Qurbanov əlavə edib ki, ötən il Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiq edilib. O vurğulayıb ki, təsnifatda aparılan dəyişikliklərə müvafiq olaraq kənd təsərrüfatı ixtisasları üzrə yeni təhsil proqramlarının hazırlanması işçi qrupa həvalə olunub. İclasda Nazirliyin fəaliyyət istiqamətlərinə, prioritetlərə uyğun olaraq karyera imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Daha sonra iclasda çıxış edən "Azersun Holding" MMC-nin Kənd təsərrüfatı üzrə baş direktoru Mohammad Gouzal, Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli çıxış edərək bildiriblər ki, əmək bazarında tələb olunan praktiki bilik və bacarıqlara cavab verən təhsilin inkişafı ölkəmizdə prioritet istiqamətlərdən biridir. Natiqlər məşğulluğun təmin olunmasına əsaslanan tədrisin təşkilinin iqtisadiyyatın inkişafı və təhsilin keyfiyyətinə müsbət təsir etdiyini, işəgötürənlər üçün faydalı olduğunu vurğulayıblar.

İclasda qarşıda duran vəzifələrin həlli, ixtisaslar üzrə ixtisaslaşmaların yekun siyahısının hazırlanması, ixtisas (ixtisaslaşma) üzrə müvafiq çərçivə sənədinə uyğun təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb, İşçi Qrupun növbəti iclasının vaxtı və gündəlikdə olan məsələlər müəyyənləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilibKənd Təsərrüfatı Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilibKənd Təsərrüfatı Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib