Köçəri heyvandarlıq təsərrüfatlarında qış mövsümünə hazırlıq tədbirləri

Köçəri heyvandarlıq təsərrüfatlarında qış mövsümünə hazırlıq tədbirləri

Qış mövsümünə keçidlə əlaqədar fermerlərə heyvanların sağlamlığını qorumaq, yüksək məhsuldarlıq əldə etmək, o cümlədən döl kompaniyasını uğurlu keçirmək üçün aşağıdakılar tövsiyə edilir:

  • Qışlama ərazilərindəki arxacların, heyvan yataqlarının, tövlələrin heyvanlar gətirilməzdən əvvəl peyindən və tullantılardan təmizlənməsi;
  • İnfeksion xəstəlik törədicilərini, qansoran həşəratları, ektoparazitləri və xəstəlik daşıyıcısı olan gənələri məhv etmək məqsədilə dezinfeksiya, dezinseksiya, deakarizasiya tədbirlərinin aparılması;
  • Heyvanlar gətirilidiyi zaman qışlaq əraziləri üzrə baytarlıq xidməti orqanlarına heyvanların saxlanacağı yerlər, heyvanların növü, baş sayı, hansı xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılması barədə məlumatlar verilməsi;
  • Epizootiya Əleyhinə Profilaktiki və Diaqnostiki Tədbirlər Planına” uyğun və mövsümlə əlaqədar xəstəliklərə qarşı heyvanların profilaktiki peyvəndləmələrə cəlb edilməsi;
  • Baytarlıq tədbirlərinin icrası ilə əlaqədar şərait yaradılması, xəstəliyə şübhəli hallar olduğu halda ərazi üzrə fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan həkimə məlumat verilməsi;
  • Mövsümlə əlaqədar yaş qrupları üzrə optimal sulu-şirəli, qaba, qüvvəli yem və yem əlavələri tədarük edilməsi;.
  • Anbarlarında yemlərin keyfiyyətli saxlanması, gəmiricilərdən qorunması və  yanğın təhlükəsizliyi üçün müvafiq tədbirlərin görülməsi;  

Diqqət! Kiflənmiş yem, xarab olmuş silos və qüvvəli yem heyvanlarda məhsuldarlığı aşağı salmaqla yanaşı onların sağlamlığı üçün də təhlükə yaradır!

 

  • Sürülərin otarılmasının bataqlıq və subasar ərazilərdən uzaq yerlərdə planlaşdırılması;
  • Su təhcizatının təşkil edilməsi;
  • Tövlələrin, arxacların, yataqların zoobaytarlıq tələblərinə uyğunlaşdırılması: 
  • dölün aparılması üçün bölmələrin yaradılması, doğmuş heyvanlar və yeni doğulmuş balalar üçün optimal temperaturun təşkil edilməsi;
  • Bağlı şəraitdə saxlanılan, o cümlədən boğazlıq dövründə olan heyvanlar üçün gəzinti meydançalarının təşkil edilməsi;
  •  Gözətçi itlərdə bütün profilaktiki peyvəndləmə və dehelmintizasiya tədbirlərinin aparılması vacibdir.

İstinad : Aqrar Xidmət Agentliyi