Muğan zonasında arpa biçini başlayıb

Muğan zonasında arpa biçini başlayıb

Muğan zonasında arpa biçini başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad, Biləsuvar və İmişli rayonlarında artıq bir neçə gündür ki, biçin işləri aparılır.

İmişli rayonunda 2 min 509,7 hektar sahədə buğda, 6 min 844 hektar sahədə arpa, Cəlilabad rayonunda 46 min 980 hektar sahədə buğda, 13 min 450 hektar sahədə arpa, Biləsuvar rayonunda 7 min 563 hektar sahədə buğda, 24 min 086 hektar sahədə arpa əkilib.

Biçinlə yanaşı, arpa məhsulunun satışına da başlanılıb.

Fermerlərin sözlərinə görə, hazırda məhsulun satış qiyməti kiloqramı 30-35 qəpik təşkil edir.