Mühəndislik və Baytarlıq təbabəti fakültələrində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirlər keçirilib

Mühəndislik və Baytarlıq təbabəti fakültələrində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirlər keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik və Baytarlıq təbabəti fakültələrində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirlər keçirilib.

Mühəndislik fakültəsində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Çıxış edən fakültə dekanı Təvəkgül İslamov bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyəti boyu inkişaf edən, milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb.

Sonra dosent Samirə Qasımova, professor Ziyad Abbasov, dosent Siyasət Məmmədov, dosent Siyavuş Vəliyev və Əsaslı kitabxananın direktoru Kamil Məmişov çıxışlarında Ulu Öndər Heydər Əliyevin idarəçiliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları nəzərə çatdırıb, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində bu fenomenal şəxsiyyətin mühüm roluna toxunulub.

Baytarlıq təbabəti fakültəsində keçirilən tədbirdə də əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən fakültə dekanı Şəlalə Zeynalova Ulu Öndər Heydər Əliyevin Azərbaycanı güclü təməllər üzərində inkişaf etdirdiyini, dövlət maraqlarını daim qoruduğunu, milli həmrəyliyə nail olduğunu vurğulayıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx da nümayiş olunub.

Digər çıxış edənlərdə Azərbaycanı qüdrətli dövlətə, beynəlxalq auditoriyalarda söz sahibinə çevirən Heydər Əliyevin həyatının çağdaş gəncliyə və bütün gələcək nəsillərə örnək olacağını vurğulayıblar.

Mühəndislik və Baytarlıq təbabəti fakültələrində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirlər keçirilibMühəndislik və Baytarlıq təbabəti fakültələrində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirlər keçirilibMühəndislik və Baytarlıq təbabəti fakültələrində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirlər keçirilibMühəndislik və Baytarlıq təbabəti fakültələrində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirlər keçirilib