Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan "Müstəqilliyimiz daimidir, dönməzdir, əbədidir" adlı fakültələr arası bilik yarışı təşkil olunub.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışdan əvvəl Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova və İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov qeyd ediblər ki, bilik yarışının keçirilməsində əsas məqsəd Azərbaycan xalqının 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün gənclər arasında təbliği, eyni zamanda, gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.
Fakültələrarası keçirilən bilik yarışında 7 komanda mübarizəyə qoşulub. Yarış hər biri 15 sualdan ibarət olmaqla 2 turda keçirilib. Aqrar İqtisadiyyat fakültəsinin komandası I yerə, Zoomühəndislik fakültəsinin komandası II yerə, Aqrotexnologiya fakültəsinin komandası isə III yerə layiq görülüb.
Sonda iştirakçılara sertifikatlar və mükafatlar təqdim olunub.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ